K.Sayns: Yeni təkərlərə görə tərzimizi dəyişməliyik

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, 18 düyməlik təkərlərə görə sürüş tərzini dəyişməlidir.

 

F-1.az bildirir ki, ispaniyalı sürücü Əbu Dabidəki təkər testlərində 18 düyməlik təkərlərlə 151 dövrə vurub.

Karlos Sayns: “Atdığım dövrələrdən razıyam. Zehni cəhətdən daha çox yorulmuşam. Mövsümün sonunda fiziki cəhətdən daha yaxşı olursunuz, amma Formula1 maşını sürdüyünüz üçün işinizə fokuslanmalısınız.

18 düyməlik təkərlərlə işləmək maraqlı idi. Əvvəlki təkərlərdən fərqlənir. Lakin doğru yoldayıq. Bu təkərlərlə gərək sürüş tərzimizi dəyişək. Ancaq gələnilki maşınlarla bunu edəcəyimizi onsuz da bilirdik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*