Ş.Lekler: Stilimi dəyişməli oldum

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, 2022-ci ildəki reqlament dəyişikliyinə görə problemlər yaşayıb.

F-1.az xatırladır ki, monakolu sürücü 2018-ci ildən Formula1-də yarışır. Lakin 2022-ci ildə texniki reqlamentin dəyişməsi ilə o da stilini dəyişməli olmuşdu.

Şarl Lekler: “Bir sürücü kimi tərzimizi tamamilə dəyişməli olduq. Bu da asan iş deyil. Sürüş tərzi anadangəlmə istedaddır və onu dəyişmək üçün çox işləməlisiniz.

Formula1-ə gələndən bolidlər həmişə eyni idi və dəyişikliklər təkmilləşmə ilə olurdu. Buna görə də stilimi dəyişməyə ehtiyac yox idi. Ancaq 2022-ci ildə yeni bolidə uyğunlaşmaq üçün hər şeyə sıfırdan başlamalı idim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*