M.Binotto təmkinlidir

Ferrari komandasının rəhbəri Mattia Binotto qələbəyə baxmayaraq, təmkinli davranır.

F-1.az xatırladır ki, “qırmızılar” Avstraliyada çox rahatlıqla qalib gələrək, mövsümdəki ikinci qələbələrini əldə ediblər.

Mattia Binotto: “Qələbə qazanmaq gözəldir, amma sevinmək üçün hələ çox tezdir. Bu nəticəyə görə bütün komandanı təbrik edirəm. Çətin dövrlər yaşasaq da, bir-birimizə dəstək olduq və işləməyə davam etdik. Daha yaxşı nəticələr üçün əlimizdən gələni etdik. İndi də bunun bəhrəsini görürük.

Qələbəyə görə xoşbəxtik. Komanda, maşın və sürücülər – hamımız sürətliyik. Mövsümə yaxşı başladıq. Özümüzə fokuslanmışıq və bura ən yaxşı nəticə üçün gəlmişik. Amma unutmayaq ki, hər yarış bir testdir. Davamlı uğur üçün çox yaxşı işləmək lazımdır.

Təbii ki, hələ yeni başlamışıq və görüləcək işlər var. Ümid edirəm ki, İmolada festival ab-havası olar və azarkeşlərimizlə uğurumuzu qeyd edərik. Orada əlimizdən gələni edəcəyik.

Etibarlılıq bizim üçün çox vacibdir, çünki Ross Braun həmişə mənə deyərdi ki, qələbə üçün əccəlcə finişə çatmalısan. Bu, yaxşı nəticə qazanmaq üçün vacib olan amillərdəndir. Etibarlılıq həmişə vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*