S.Fettel: Ferrari-də tükəndim

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, 2018-ci ildə itirdiyi çempionluqdan sonra tükənib.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2018-ci ildə öz vətənindəki yarışda lider gedərkən, bariyerlərə çırpılmış və mübarizəni dayandırmışdı. Bundan sonra titul mübarizəsindən qopan Fettel əvvəlki kimi olmadı. 2019-cu ildə isə onun yeni komanda yoldaşı – Şarl Lekler – oldu. Həmin mövsüm Lekler dördqat Dünya Çempionunu bütün statistikalarda məğlub etmişdi.

Sebastyan Fettel: “Lekler 2019-cu ildə bütün məyusluqlarından qurtulmuşdu. Sükan arxasına keçib, qaza basdı. Çiyinlərində çox yük yox idi. Mən ilk mövsümlərimdə necə idimsə, o da elə sürdü. Ondan əvvəlki iki ildə çempionluq uğrunda mübarizə aparmışdım və buna görə anlamadığım bir hala düşdüm.

İki il ərzində psixologiyam da daxil olmaqla çox enerji sərf etdim, amma sonda əlimdə heç nə olmadı. Ondan sonra özümə qarşı şübhələrim yarandı.

2020-ci ilin sonunda Ferrari ilə müqaviləm bitirdi və təqaüdə çıxmaq barədə düşündüm. Amma Formula1-də bitməmiş işlərim var idi. Öz özümə soruşdum ki, Formula1-də yüksək səviyyədə sürə biləcəm?

Aston Martin-ə keçməyin səhv olduğunu düşünmürəm. Bütün suallara cavab tapmaq üçün iki ilə ehtiyacım var idi. Güclü bolidim olmadığı üçün təqaüdə çıxmaq qərarına gəldim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*