Ş.Lekler: “Fettellə işləmək asandır”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Fettellə işləmək çox asandır.

F-1.az xatırladır ki, monakolu sürücü testlərin ikinci gününü birinci yerdə başa vurub və SF90-a tez uyğunlaşdığını göstərib.

Şarl Lekler: “Ferrari-yə keçəndən sonra İtaliyada çox adam məni tanıyacaq. Bu, gözəl hissdir, amma trasda dəyişən heç nə yoxdur. Sauber-də olduğu kimi ən yaxşı formada mübarizə aparacam. Planım ilk qələbəmi Avstraliyada almaq deyil. İşimi yaxşı görsəm, qələbələr də gələcək. Fettellə münasibət qurmaq asan oldu. Onunla işləmək asandır və ondan çox şey öyrənə bilərəm. Sebastyan komandanı daha yaxşı tanıyır. Mənim isə zamana ehtiyacım var. Bolid barədə verdiyi geribildirimlərə güvənə bilərəm. Formula1-də təcrübəm azdır və bunu bilirəm. Yeni bolid güclü bolidə oxşayır. Sürmək asandır və komanda testlərə güclü maşın gətirmək üçün əlindən gələni edir.

Testin ilk günü çətin idi. Axşam boyun əzələlərim ağrıyırdı. Amma problem deyil. Əsas odur ki, maşının balansı yaxşı, idarəetməsi asandır. Bundan yaxşısı ola bilməzdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*