Alonso: Aston Martin bir ilə fərqi qapada bilməz

Formula1-in ikiqat dünya çempionu Fernando Alonso Aston Martin-in perspektivlərini obyektiv qiymətləndirir və açıq şəkildə deyir ki, komanda bir ildən sonra liderlərə çatmayacaq, lakin onun perspektivləri var və buna görə də o, Alpine-dən Aston Martin-ə keçməyə razılaşıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü komandada iki uğursuz mövsüm keçirən dördqat dünya çempionu Sebastyan Fetteli əvəzləyib.

Fernando Alonso: “Şansımızın olduğunu düşünməsəm, təklifi qəbul etməzdim. Faizlə uğur qazanmaq şansımızın nə olduğunu bilmirəm – bir və ya on, ancaq komandanın perspektivinə inandığım üçün yarışmağa davam edirəm.

Yeni mövsümdə Aston Martin fərqi qapada bilməyəcək – bu, qeyri-real məqsəddir, lakin biz gələcək üçün lazımi təməl qoyacağıq və ən yaxın rəqiblərimizdən daha yaxşı işləməyə çalışacağıq. Formula1 çox rəqabətlidir, ona görə də çempion olmaq üçün xüsusi bir şey göstərmək lazımdır. Mən buna hazıram və komandadan da bunu gözləyirəm.

2023-cü ildəki nəticələrdən asılı olmayaraq Formula1-də sürməyə davam edəcəyəm, çünki komandaya nə verə biləcəyimi bilirəm. Güman edirəm ki, hələ iki-üç ilim var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*