K.Sayns: “Stüardlar özlərindən razıdırlar”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, stüardlara etiraz edilməməsi doğru deyil və bunun səbəbi onların özlərindən razı olmalarıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndə Ləns Stroll ilə insident yaşamış və buna görə də Rusiya yarışının startında 3 yer itirmək cəzası almışdı. Amma 22 yaşlı sürücü bu cəza ilə razılaşmayaraq qəzanın yarış insidenti olduğunu demişdi.

Karlos Sayns: “Sözün açığı, ilk qərarı eşidəndə çox təəccübləndim. Orada yer itirmək cəzası alacaq heç nə yox idi. Məncə, normal yarış insidenti idi. Nəticədə Ləns debütantdır. Əgər onun təcrübəsi olsaydı, mənə lazımi boşluğu qoyardı və bu insident yaşanmazdı.

Hadisədən sonra cəza alırsınız və əlinizdən gedib evdə oturmaq gəlir. Etiraz etmək şansınız yoxdur. Onsuz da səhv qərar versələr də, onu düzəltməyi özlərinə sığışdırmazlar. Verdikləri qərarlar həmişə doğru olmur. Amma onlara olan güvənin itməməsi üçün açıqlama vermirlər. Builki ilk qəzamda mənə yer itirmək cəzası verdilər. Bunları anlamaq çox çətindir və əlimizdən heç nə gəlmir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*