Mark Hyuzdan mövsümün qalan yarışlarına proqnoz

Formula1-in rəsmi internet saytının texniki eksperti və Motor Sport Magazine dərgisinin köşə yazarı Mark Hyuz 2021-ci il mövsümünün qalan hissəsində güc balansından danışıb.

F-1.az xatırladır ki, Rusiya Qran Prisindən sonra Mercedes pilotu Lyuis Həmilton və Red Bull təmsilçisi Maks Ferstappeni çempionatda cəmi iki xal ayırır.

Türkiyə: keçənilki şərtlər – yəni çox soyuq hava və nəm tras təkrarlanmadığı təqdirdə trasın konfiqurasiyası maşınlar arasında çox sıx bir mübarizədən xəbər verir. Hava soyuq olarsa, Mercedes yenidən təkərlərin qızdırılmasında problem yaşaya bilər.

ABŞ: Sürətli, ortasürətli və yavaş döngələrin maraqlı bir qarışığı və uzun arxa düzlük son dərəcə sıx mübarizə imkanı verir.

Meksika: Mercedes güc qurğusu hündürlüyə görə Mexikoda həmişə daha pis performans göstərib və əksinə, Red Bull tarixən bu trasda həmişə güclü olub. Vəziyyətin dəyişməsinin hələ heç bir səbəbi yoxdur.

Braziliya: Həm asfaltayatma qüvvəsi, həm də düzlük sürətinin vacib olduğu bir tras. Bundan əlavə, hava da gözlənilməz ola bilər. Hər kəs qazana bilər.

Qətər: Losail haqqında heç bir tarixi məlumat yoxdur, lakin konfiqurasiyaya və çox ehtimalla hamar asfalta əsaslanaraq, tras ön təkərlərlə iş stilinə görə daha çox Red Bull-a uyğundur, nəinki aşağı maililik bucağı az olan Mercedes-ə.

Səudiyyə Ərəbistanı: Çox güman ki, qaz pedalı döşəməyə qədər sıxılan uzun düzlüklər və super sürətli döngələrə görə, tras Mercedes-ə uyğun olacaq. Sözsüz ki, Red Bull daha çox havaya qarşı müqavimət səbəbindən problemlər yaşayacaq.

Əbu Dabi: Komandalar arasında inanılmaz dərəcədə bərabər balans.

Ümumiləşdirsək, qalan yeddi trasın dördündə komandalar arasında gərgin mübarizə gözlənilir – ki tras Red Bull-a, biri də Mercedesə uyğundur.

Əvvəlki 15 mərhələdə qüvvələr nisbəti barədə dediyim proqnozlar doğru çıxıb və güclərin bərabər olduğu iki yarışda (Portuqaliya və Britaniya) Həmilton qalib gəlib.

Bütün mümkün amilləri və təsadüfləri (o cümlədən Həmiltonun böyük ehtimalla mühərrikinin dəyişdirilməsini də) nəzərə alsaq, cavab aşkardır: heç kim mübarizənin necə bitəcəyini bilmir. Ancaq bunu siz mənsiz də bilirdiniz…”, – deyə Hyuz yazıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*