Aston Martin Ferstappeni hədəfə alıb?

İtaliyanın Autosprint nəşrinin məlumatına görə, Ədrian Nyuini 100 milyon dollara Aston Martin-ə qoşulmağa inandırdıqdan sonra, komandanın sahibi Lourens Stroll indi də Maks Ferstappenə yönəlib.

F-1.az xəbər verir ki, nəşr iddia edir ki, danışıqlar artıq aparılır və məqsəd niderlandlı sürücü ilə 2026-cı il mövsümü üçün müqavilə imzalamaqdır.

Şayiələrə görə, Lourens hətta dünya çempionu üçün komandada yer açmaq məqsədilə oğlu Ləns Strollu Dünya Dözümlülük Çempionatına keçirməyə hazırdır.

, ,