Bu gün FİA Abu Dabi Qran Prisi ilə bağlı hesabat təqdim edəcək

Bu gün Bəhreyndə Ümumdünya Şurasının əvvəlcədən planlaşdırılmış iclası baş tutacaq. İclasda keçən ilin son yarışında baş verən hadisələrə toxunulacaq və bununla baxğlı hesabat ictimaiyyətə təqdim ediləcək.

F-1.az xatırladır ki, sabiq yarış direktoru Mayk Masinin ötən mövsüm son yarışda çempionatın taleyinə birbaşa təsir edən qərarları Mercedes və azarkeşləri tərəfindən mənfi reaksiyalara səbəb olmuş, yekunda FİA Masini vəzifəsindən uzaqlaşdırmışdı. Bu gün isə araşdırmaların təfərruatlarının açıqlanması gözlənilir.

Lyuis Həmilton: “Qərarların qəbulunda şəffaflığın idmanımız üçün vacib olduğuna inanıram, beləliklə heç bir şey pərdə arxasında qalmayacaq. Araşdırma nəticələrinin açıqlanmasını səbirsizliklə gözləyirəm. Azarkeşlərin bu idmanın şəffaflığına və gələcəkdə daha yaxşı olmaq üçün səhvlərimizdən dərs çıxardığımıza əmin olmaları vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*