21 Sentyabr 2019, Şənbə - 13:09

M.Ferstappen “İlin Manevri” mükafatına namizəd göstərilib

M.Ferstappen “İlin Manevri” mükafatına namizəd göstərilib

Müəllif: Rauf Hacıyev, redaktor

12:40 - 18 Noyabr, 2016

Maks Ferstappen Braziliyada Niko Rosberqə etdiyi hücuma görə “İlin Manevri” nominasiyası üzrə namizəd göstərilib.

F-1.az xatırladır ki, Ferstappen keçən il “İlin Debütantı”, “İlin Adamı” və “İlin Manevri” nominasiyaları üzrə mükafatlat almışdı.

Hollandiyalı sürücü bu mövsüm yağışlı Braziliya yarışında Rosberqə hücum etmiş və onu keçmişdi. Buna görə də, FİA 19 yaşlı sürücünü yenidən “İlin Manevri” mükafatına namizəd göstərib. Ferstappenin rəqibləri isə Andre Lotterer (WEC), Paolo de Konto (WKC), Coel Eriksson (Avropa F3), Kevin Eriksson (WRX), Lukaş Habay (ERC), Xose Mariya Lopes (WTCC), Kris Mik (WRC) və Jan Erik Vern (Formula Е) olacaqlar.

Xatırladaq ki, hollandiyalı sürücü həm 2014-cü ildə, həm də 2015-ci ildə bu mükafata layiq görülüb. Ferstappen 2014-cü ildə Avropa F3 seriyasında Antonio Covinatsiyə aqressiv hücum etmiş və bu hücumuna görə mükafat qazanmışdı. 2015-ci ildə isə hollandiyalı Belçikada Nasra hücum etmiş və bu hücum ona ikinci dəfə eyni mükafatı gətirmişdi.

Maksın rəqiblərinin manevrlərinə FİA-nın rəsmi səhifəsində baxmaqla, ən yaxşı manevrə səs də verə bilərsiniz…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 285
Teqlər , , , , , , , , ,
Paylaş

logo