Ş.Lekler: İnamımızı itirmədik

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, son iki ildə yaşadıqları çətinlikdən sonra bugünkü qələbə dublu çox dəyərli olub.

F-1.az xatırladır ki, monakolu sürücü Bəhreyndə üstün performans göstərərək, qalib gəlib və Ferrari-yə 2019-cu ilin Sinqapur yarışından sonra qələbə gətirib.

Şarl Lekler: “Çox xoşbəxtəm. bunu dəfələrlə desəm də, son iki il çox çətin idi və bilirdik ki, 2022-ci il bizim üçün fürsətdir. İnanırdıq. Uşaqlar bu maşını düzəltmıkk üçün çox işlədilər. Hələki əla başladıq. Poul əldə etdik və qələbə qazandıq. Ən sürətli dövrəni vurduq və Karlos ikinci oldu. Daha yaxşısını düşünə bilməzdik. Son iki ildə bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Asan olmadı, amma yenidən zirvəyə qayıtmaq inanılmazdır”.

Maks la mübarizə aparanda DRS-ə görə maksimum ağıllı davranmağa çalışdım. Buna görə də ilk döngədə əyləcə tez basdım və DRS-in deteksiya nöqtəsində ondan geridə qaldım. Hər iki halda da bu işə yaradı və DRS-dən istifadə etdim. Bunu bacardığım üçün çox xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*