Bu dəfə Hunqarorində keçirilən məşqlər təlatümlü keçib və hadisələrlə zəngin olub – bütün sessiyalar qırmızı bayraqlarla dayandırılıb, Hunqarorinq 2026-cı ilin maşınları üçün gözlənilməz dərəcədə çətin sınağa çevrilib.
Qüvvələr nisbəti asfaltın vəziyyətindən, asfaltın temperaturundan və küləyin istiqamətindən asılı alınıb və hətta sessiya ərzində bir neçə dəfə dəyişib. Cümə günü ən sürətli komanda Ferrari olub, şənbə səhəri isə Lando Norris ən yaxşı nəticə göstərib. Ən güclü komandaların sürücülərinin nəticələri çox sıx alınıb.
Hunqarorinqdə ötmək çətindir, start mövqeyi həlledici əhəmiyyət daşıyır, amma burada kvalifikasiyanın qalibi nadir hallarda yarışı qazanır – sonuncu dəfə pouldan qalib gələn Həmilton 2020-ci ildə bunu etmişdi.
Həftəsonu müzakirələrin əsas mövzularından biri Ədrian Nyuinin yeni maşını – Aston Martin AMR26 “B spesifikasiyası”nın ortaya çıxması oldu. Kvalifikasiya onun potensialını qiymətləndirmək imkanı verib.
Pirelli mərhələyə “yumşaq” üçlüyü – C3, C4 və C5-i Hard, Medium və Soft kimi gətirib. Ən yumşaq tərkib sürüşkən asfaltda sürət üstünlüyü verib, amma tezliklə effektivliyini itirib.
Azarkeşlər cümə günü də çox idilər, bu gün səhər sürücülər həqiqi izdihamla qarşılanıblar, kvalifikasiyanın başlanmasına kimi tribunlarda boş yer qalmayıb.
Birinci sessiyada Ferrari sürücüləri ilk cəhdi Medium təkərlə vurublar və yumşaq təkər dəstini qənaət ediblər, digərləri isə dərhal Soft təkərlə trasa çıxıblar. Sayns 4-cü döngədə trasdan çıxıb, amma hərəkətini davam etdirib.
Lekler və Bortoletonun dövrələri tras hüdudlarını pozduğuna görə ləğv edilib. Birinci cəhdə ən yaxşı nəticəni Norris göstərib – 1:18.277.
Norris, Həmilton, Həcər və Piastri ikinci cəhdlərdən imtina ediblər, Lekler yenidən Medium-la çıxıb. Antonelli nəticəsini yaxşılaşdırıb və 2-ci yerı qalxıb.
Norrisin nəticəsi ən yaxşı olaraq qalıb. Börman, Sayns, Əlbon, Stroll, Bottas və Peres mübarizəni dayandırıblar. Alonso mövsümdə ilk dəfə ikinci sessiyaya keçib.
İkinci sessiyada hamı Soft-la trasa çıxıb. Alonso dərhal mübarizəyə atılıb. Həcərin sürətli dövrədə maşını fırlanıb, amma hərəkətə davam edib və boksa qayıdıb.
Birinci cəhddə Həmilton protokola başçılıq edib – 1:17.931. İkinci cəhdlərdə nəticələr hər dövrdə yaxşılaşıb və yekunda ən yaxşı yenə də Norris olub – 1:17.456.
Louson, Qasli, Kolapinto, Bortoleto, Okon və Alonso finala keçə bilməyiblər.
Finalda hamı trasa Soft-la çıxıb. İlk cəhddə Həmilton ən sürətli dövrəsini vurub – 1:17.219. Lando son döngədə səhv edib və liderə cüzi uduzub.
Son cəhdində Həmilton nəticəsini yaxşılaşdıra bilməyib, komanda ona arxadan Piastrinin yaxınlaşdığını çox gec bildirib və bu, Oskarın sürətli dövrəsinə mane olub. Sessiyadan sonra bu insidenti araşdıran stüardlar belə hallarda tətbiq olunan üç yer itirmək cəzası tətbiq ediblər.
Ferstappen son döngədə yerində fırlanıb, amma hərəkətinə davam edib və sarı bayraqlar qaldırıldıqdan sonra Norris ən yaxşı nəticəni (1:17.207) göstərib. Antonelli sarı bayraqlar zonasında kifayət qədər sürəti azaltmadığı üçün stüardlar onu da startda üç yer geriləmə cəzasına məruz qoyublar.
Rassellin maşını texniki problemlərə görə ilk döngədə dayanıb. Corc kokpiti müstəqil tərk edib.
Lando Norris Hunqarorinqdə sıralanma turunu qazanıb – mövsümdə ilk, Macarıstanda ikinci və karyerasında 17-ci poulu əldə edib.
| Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | ||
| Yer | Vaxt | Yer | Vaxt | Vaxt | ||
| 1. L.Norris | McLaren | 1 | 1:18.227 | 1 | 1:17.456 | 1:17.207 |
| 2. L.Həmilton | Ferrari | 4 | 1:18.730 | 3 | 1:17.803 | 1:17.219 |
| 3. Ş.Lekler | Ferrari | 9 | 1:18.984 | 2 | 1:17.626 | 1:17.445 |
| 4. K.Antonelli | Mercedes | 3 | 1:18.726 | 8 | 1:18.393 | 1:17.479 |
| 5. O.Piastri | McLaren | 8 | 1:18.891 | 5 | 1:17.928 | 1:17.684 |
| 6. M.Ferstappen | Red Bull | 2 | 1:18.656 | 6 | 1:18.249 | 1:17.725 |
| 7. C.Rassell | Mercedes | 7 | 1:18.856 | 9 | 1:18.445 | 1:17.760 |
| 8. A.Həcər | Red Bull | 5 | 1:18.754 | 4 | 1:17.872 | 1:17.856 |
| 9. A.Lindblad | Racing Bulls | 12 | 1:19.233 | 7 | 1:18.360 | 1:18.281 |
| 10. N.Hülkenberq | Audi | 6 | 1:18.796 | 10 | 1:18.639 | 1:18.686 |
| 11. L.Louson | Racing Bulls | 11 | 1:19.161 | 11 | 1:18.765 | |
| 12. P.Qasli | Alpine | 13 | 1:19.741 | 12 | 1:18.844 | |
| 13. F.Kolapinto | Alpine | 14 | 1:19.771 | 13 | 1:19.027 | |
| 14. Q.Bortoleto | Audi | 10 | 1:19.069 | 14 | 1:19.105 | |
| 15. E.Okon | Haas | 15 | 1:20.010 | 15 | 1:19.734 | |
| 16. F.Alonso | Aston Martin | 16 | 1:20.126 | 16 | 1:19.808 | |
| 17. O.Börman | Haas | 17 | 1:20.233 | |||
| 18. K.Sayns | Williams | 18 | 1:20.621 | |||
| 19. A.Əlbon | Williams | 19 | 1:20.658 | |||
| 20. L.Stroll | Aston Martin | 20 | 1:20.659 | |||
| 21. B.Bottas | Cadillac | 21 | 1:20.886 | |||
| 22. S.Peres | Cadillac | 22 | 1:21.322 | |||





