V.Bottas: “Həmiltonu məğlub edə bilərəm”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, komanda yoldaşı Lyuis Həmiltonu məğlub edib Dünya Çempionu ola bilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2017-ci ildə Mercedes-ə keçmiş və mövsümün ilk yarısında Həmiltonla mübarizə aparsa da, yay fasiləsindən sonra britaniyalı sürücünün tempinə cavab verə bilməmişdi.

Valtteri Bottas: “Onu məğlub edə bilərəm. O, indiyə kimi sahib olduğum ən güclü komanda yoldaşımdır. Formula1 tarixinin ən yaxşılarından biridir. Məğlubedilməz sürücü yoxdur. Özümə inanıram. Formula1-də 5 mövsüm keçirmişəm və beş ildə öyrəndiyim hər şeyə inanıram. Əksər yarışlarda bunu edə biləcəyimi göstərdim. Lakin bunu 21 yarışın hamısında etməliyəm.

Komanda yoldaşınızın iş rejimini izləmək həmişə faydalıdır. Xüsusən də Lyuis Həmiltonun. Detallara baxmamaq axmaqlıq olar. Ondan bəzi şeylər öyrəndim. Ümid edirəm ki, bundan istifadə edərəm. Fürsətləri əldən vermək olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*