C.Palmer: Mercedes ilk qələbəyə yaxındır

Sabiq Formula1 sürücüsü Colion Palmer bildirib ki, Mercedes ilk qələbəsinə yaxınlaşır.

F-1.az xatırladır ki, Mercedes mövsümə pis başlasa da, son 6 yarışda podium görüblər. “Gümüşü oxlar” hazırda Ferrari ilə fərqi 30 xala qədər endiriblər.

Colion Palmer: “Mercedes 13 yarışdan sonra ən yaxşı məsafə qət dən komandadır. Mövsümdəki ilk qələbələrinə az qalıb. Bir neçə yarış ərzində qələbə uğrunda mübarizə aparacaqlar. Mercedes həm də çoxsaylı stratefiya səhvləri edən Ferrari-nin problemlərindən istifadə edir. Çempionatda Ferrari ilə Mercedes arasındakı fərq azalır. İkinci yer uğrunda mübarizə get-gedə qızışır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*