V.Bottas: “Gözümüz açıldı”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, Bəhreyn yarışında bolidin zəif yönlərini görüblər.

F-1.az xatırladır ki, finalndiyalı sürücü yarışa 3-cü yerdən başlasa da, düzgün stratgiya seçərək son dövrələrdə Fettelə yaxınlaşmış, lakin hücumları nəticəsiz qalmışdı.

Valtteri Bottas: “Bu həftəsonu gözlərimizi açdı və zəif yönlərimizi görə bildik. Bəzi nöqtələrdə çox sürətli idik, ancaq sıralanma turunda Ferrari-dən çox uzaqdaydıq. Bəhreyn yarışından önəmli dərslər alaraq qayıdırıq. İndi Ferrari-dən zəif olduğumuz tərfələri təkmilləşdirərək Çin yarışına qərər hazır olmalıyıq.

Fettelə yaxınlaşmaq asan məsələ idi. Amma əylənmə zonasında asfaltayatma qüvvəsi azaldığı üçün ötmə etmək mümkünsüzləşirdi. Buna baxmayaraq, hər şey ilk yarışdakına nisbətən daha yaxşıdır və sevincliyəm”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*