12 Dekabr 2018, Çərşənbə - 07:19

Çin-2016: Sıralanma turu

Çin-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:45 - 16 Aprel, 2016

Nəhayət, həm çempionatın iştirakçıları, həm trasa toplaşan azarkeşlər, həm də televizor qarşısında əyləşən tamaşaçılar sıralanma turunda sona qədər – damalı bayraq dalğalanandan sonra belə əsl mübarizənin şahidi olublar. Hamı belə gərgin mübarizə üçün darıxmışdı…

Dünən həm birinci, həm ikinci sərbəst yürüşlər quru havada baş tutmuşdu, bu gün səhər isə sürücülər yağış altında sulu trasda məşq ediblər. Sessiyanın ortasında yağış dayanmış və tras qurumağa başlamışdı. Sıralanma turunun startına bir neçə yerdə sulu sahə qalmışdı.

Ona görə də ilk sessiyada sürücülərin çoxu trasa keçid təkərlərlə çıxıblar, amma bəzi sürücülər elə ilk cəhdlərinə slikləri seçiblər. Verlyayn da risk edərək trasa SuperSoft-la çıxıb, amma start düzlüyünün əvvəlində toplaşmış su gölməçəsinin üstündən keçəndə maşın fırlanıb, sürüşərək trasdan çıxıb və baryerlərə çırpılıb.

Sessiya qırmızı bayraqlarla dayandırılıb. Pauza 20 dəqiqədən çox davam edib – maşının təxliyəsindən sonra marşallar həmin gölməçəni qurutmağa çalışıblar.

Restartdan sonra hamı trasa sliklərlə çıxıb, trasın vəziyyəti yaxşılaşdıqca sürətlər də artmağa başlayıb. Əvvəlcə Rosberq protokollara başçılıq edib, sonra Rəykkönen birinciliyə yüksəlib, yekunda isə Fettel hamını üstələyib – 1:37.001. Həmilton isə sürətli dövrəsini başa vurmadan boksa yollanıb – deyilənlərə görə, maşında ERS problemləri üzə çıxıb. Onunla birlikdə mübarizəni Verlyayn, Palmer, Haryanto, Qutyerres və Maqnussen dayandırıblar.

İkinci sessiyada Rosberq ilk cəhdinə Soft təkərlərlə çıxıb ki, sabah yarışın startına da bu təkərlərlə çıxsın – komanda sürücüsü üçün strateji üstünlük qazanıb, digər sürücülər isə trasa SuperSoft-la yollanıblar. Rosberqin sarı təkərlərlə göstərdiyi nəticə ilk onluğa düşməyə kifayət edib, onu yalnız Ferrari sürücüləri üstələyiblər: Rəykkönen bu dəfə komanda yoldaşından sürətli olub – 1:36.118.

Sessiya qırmızı bayraqlarla dayandırılıb – Hülkenberqin maşınından sol ön təkər ayrılıb. Niko maşını dayandırıb, trasda sürətli dövrədə olan sürücülər isə boksa qayıtmalı olublar. Mübarizəni isə Massa, Alonso, Batton, Qrojan, Eriksson və Nasr dayandırıblar. Pauza yenə də uzanıb – maşının təxliyəsi 10 dəqiqə çəkib.

Son sessiyada Rosberq ilk cəhdində protokollara başçılıq etsə də, Rəykkönen onu üstələyib – 1:35.972, Fettel isə trasa çıxmayıb. İkinci cəhdində Rosberq 1:35.402 nəticə göstərərək poul qazanıb.

Niko Rosberq Şanxayda sıralanma turunda birinci olmaqla mövsümdə ilk, karyerasında isə 23-cü poulunu qazanıb. Sabah onunla birlikdə ilk cərgədən Daniel Rikkardo start alacaq. Sabahkı yarışın ikinci start cərgəsi tam heyətlə Ferrari-nin olacaq – Rəykkönen və Fettel.

Bizi maraqlı start və yarış gözləyir!

YerSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəYerZamanDövrə
1Niko RosberqMercedes AMG61:37.669731:36.240311:35.4026
2Daniel RikkardoRed Bull71:37.672341:36.815421:35.9176
3Kimi RəykkönenFerrari21:37.347411:36.118331:35.9726
4Sebastyan FettelFerrari11:37.001421:36.183341:36.2463
5Valtteri BottasWilliams31:37.537451:36.831351:36.2966
6Daniil KvyatRed Bull81:37.719461:36.948461:36.3996
7Serxio PeresForce İndia101:38.096571:37.149471:36.8656
8Karlos SaynsToro Rosso51:37.656581:37.204481:36.8816
9Maks FerstappenToro Rosso121:38.181591:37.265491:37.1946
10Niko HülkenberqForce İndia111:38.1656101:37.3334100
11Felipe MassaWilliams91:38.0165111:37.3474
12Fernando AlonsoMcLaren151:38.4517121:38.8264
13Censon BattonMcLaren41:37.5937131:39.0934
14Roman QrojanHaas141:38.4259141:39.8304
15Marksu ErikssonSauber131:38.3217151:40.7424
16Felipe NasrSauber161:38.6547161:42.4304
17Kevin MaqnussenRenault171:38.6739
18Esteban QutyerresHaas181:38.7709
19Colion PalmerRenault191:39.5289
20Rio HaryantoManor201:40.2649
21Paskal VerlyaynManor212
22Lyuis HəmiltonMercedes AMG223

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 561
Teqlər , , , , ,
Paylaş

logo