Yaponiya-2016: Üçüncü sərbəst yürüşlər

Suzukaya gecə saatlarında yağış yağıb və üçüncü sessiyanın əvvəlində trasın bəzi yerlərində su olub. Buludlu hava şəraitində baş tutan sessiya ərzində yağış yağmayıb. Havanın hərarəti +24 dərəcə, asfaltın istiliyi +26 dərəcə olub.

F-1.az xəbər verir ki, trasın bəzi yerləri tam qurumadığından, ilk dəqiqələrdə heç kim boksdan çıxmayıb, ilk çıxan sürücülər isə yağış və keçid təkərlərindən istifadə ediblər.

Cümə günü keçirilən hər iki sessiyanı lider kimi tamamlayan Niko Rosberq bu dəfə də ən sürətli olub. Onun nəticəsi 1:32.092 olub və ikinci yeri tutan Daniel Rikkardonu 0.3 saniyə qabaqlayıb. Sebastyan Fettel 0.6 saniyə fərqlə üçüncü olub və onu Maks Ferstappenlə Kimi Rəykkönen izləyib. Lyuis Həmilton sessiyanı yeddinci yerdə başa vurub.

Görünür, Honda-nın vətənində McLaren-in işləri elə də yaxşı getmir. Fernando Alonso 11-ci olub. Hər üç sessiyada McLaren sürücüləri liderdən böyük fərqlə geri qalıblar. Karlos Saynsın maşınında texniki problem yaranıb və ispan sürücü cəmi 3 dövrə vura bilib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:32.092 14
2 3 Daniel Rikkardo Red Bull 1:32.394 + 0:00.302 10
3 5 Sebastyan Fettel Ferrari 1:32.731 + 0:00.639 13
4 33 Maks Ferstappen Red Bull 1:32.784 + 0:00.692 9
5 7 Kimi Rəykkönen Ferrari 1:33.011 + 0:00.919 12
6 19 Felipe Massa Williams 1:33.271 + 0:01.179 13
7 44 Lyuis Həmilton Mercedes AMG 1:33.284 + 0:01.192 12
8 30 Colion Palmer Renault 1:33.639 + 0:01.547 13
9 20 Kevin Maqnussen Renault 1:33.639 + 0:01.547 10
10 27 Niko Hülkenberq Force İndia 1:33.646 + 0:01.554 11
11 14 Fernando Alonso McLaren 1:33.714 + 0:01.622 12
12 21 Esteban Qutyerres Haas 1:33.787 + 0:01.695 16
13 77 Valtteri Bottas Williams 1:33.865 + 0:01.773 9
14 11 Serxio Peres Force İndia 1:33.921 + 0:01.829 11
15 26 Daniil Kvyat Toro Rosso 1:34.037 + 0:01.945 12
16 8 Roman Qrojan Haas 1:34.272 + 0:02.180 13
17 12 Felipe Nasr Sauber 1:34.388 + 0:02.296 12
18 9 Markus Erikson Sauber 1:34.544 + 0:02.452 13
19 22 Censon Batton McLaren 1:34.548 + 0:02.456 11
20 31 Esteban Okon Manor 1:35.230 + 0:03.138 13
21 94 Paskal Verlyayn Manor 1:37.256 + 0:05.164 10
22 55 Karlos Sayns Toro Rosso 1:56.323 + 0:24.231 3
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*