M.Vebber: Rikkardo düz etdi

Sabiq Formula1 sürücüsü Mark Vebber düşünür ki, Daniel Rikkardo Red Bull-a gəlməklə motivasiyasını bərpa edə bilər.

F-1.az xatırladır ki, 33 yaşlı pilot McLaren-də gözləntiləri qarşılamamış və müqaviləsinin bitməsinə 1 il qalmış tərəflər ayrılmaq qərarına gəlmişdilər.

Lakin Red Bull komandası sabiq sürücüsünə qucaq açmış və onu üçüncü sürücü kimi komandaya dəvət etmişdi. Danielin indi əsas hədəfi 2024-cü ildə idmana qayıtmaqdır.

Mark Vebber: “Danielin fasiləyə ehtiyacı var və bunu özü deyir. Motivasiyasını və ruhunu idmana qayıtmaq üçün dincəltməlidir. Bunu etmək üçün isə çox tanıdığı Red Bull-a getdi və bu onun üçün fürsətdir. Bu tərəfdaşlıq Red Bull üçün də yaxşı olacaq. Buna şübhə yoxdur. Daniel çox populyar sürücüdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*