Yeni McLaren-in təqdimat tarixi məlum olub

McLaren komandası öz yeni bolidini fevral ayında təqdim edəcək.

F-1.az xəbər verir ki, bunu komandanın Uokinqdə yerləşən bazasında McLaren pilotu Lando Norris bildirib. Onun sözlərinə görə, MCL35 bolidi fevralın 13-də azarkeşlərə və mətbuata təqdim olunacaq.

Xatırladaq ki, britaniyalılardan əvvəl daha dörd komanda təqdimat tarixini açıqlamışdı – Ferrari, Red Bull, Alpha Tauri və Haas komandaları da yeni maşınlarını mövsümöncəsi testlərə qədər göstərəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*