L.Norris: Rikkardo ilə bənzəyirik

McLaren komandasının sürücüsü Lando Norris düşünür ki, Daniel Rikkardo ilə yaxşı yola gedəcəklər.

F-1.az xatırladır ki, Rikkardo növbəti mövsümdə McLaren komandasına keçəcək və britaniyalı sürücü ilə komanda yoldaşı olacaq.

Lando Norris: “Bir-birimizə çox bənzəyirik. İkimiz də avtoidmanı çox sevirik. Təbii ki, işimizi ciddiyə alırıq, amma əylənmək də lazımdır. Lazım olanda işimizə fokuslanırıq və ciddi insanlar oluruq.

Daniel məncə, yaxşı komanda yoldaşı olacaq. Formula1-də yarış qazanıb və ondan çox şey öyrənə bilərəm. Təcrübəsi mənimkindən çoxdur. Hər sürücünün güclü və zəif tərəfləri var. Onunla mübarizə aparmaqçün səbirsizlənirəm. Amma hazırda biz düşmənik. McLaren-ə gələndə də düşmən olacağıq. Bu, Formula1-in bir hissəsidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*