K.Sayns McLaren-də qalmaq istəyir

McLaren komandasının sürücüsü Karlos Sayns 2020-ci ildən sonra da Britaniya təmsilçisinin heyətində qalmaq istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün komandası ilə müqaviləsi 2020-ci ilin sonunda başa çatacaq. Lakin əksər sürücülərin müqavilələri gələn ilin sonunda bitəcəyi üçün 25 yaşlı pilota Ferrari, Mercedes və ya Red Bull komandalarından təkliflər gələ bilər. Çünki Sayns bu il orta qrupda ən yaxşı çıxış edən pilot olub və hazırda aktivində 95 xal var.

Karlos Sayns: “Bu komanda mən gələndən sonra daimi yüksəlişdədir. Belə vəziyyət Formula1-də həmişə olmur. Komandanın gördüyü işdən çox razıyam və onlarla fəxr edirəm. 2021-ci il barədə düşünməkçün tez olsa da, burada xoşbəxtəm. İki tərəf də bir-birindən razıdır və mən burada qalmaq istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*