L.Norris: İşimiz çətindir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Alpine-nin sürəti onların işini çətinləşdirəcək.

F-1.az xatırladır ki, McLaren Portuqaliyadakı cümə sərbəst yürüşlərində həm Ferrari-dən, həm də Alpine-dən zəif görünüb. Lando Norris isə günü 8-ci yerdə bitirib.

Lando Norris: “Külək vəziyyəti daha da çətinləşdirdi, ancaq yaxşı gün idi. Çox şeyi sınaqdan keçirdik. Birinci və ikinci sessiyada bəzi problemlər yaşadıq. Buna görə də istədiyim qədər dövrə vura bilmədim. Bolidi yaxşı tanısaq da, trasın bəzi hissələrində çətinlik çəkirik. Bəzi sahələrdə güclü olsaq da, bəzilərində zəifik. Bunların üstündə işləməliyik.

Cümə günü Alpine-lər çox sürətli idilər. Ferrari-nin sürətli olduqlarını bilirik. Önümüzdə olsalar, təəccüblənmərik. Lakin keçən həftə Alpine-dən çox öndə idik. Bu həftəsonu güclü görünürlər. Sıralanma turunda son sessiyaya qalmaq çətin ola bilər. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*