K.Sayns: Özümə gəlirəm

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirb ki, bolidə yavaş-yavaş öyrəşir və buna görə də performansı artır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sırlanma turunda 5-ci olub və Ferrari-yə gəldikdən sonra ilk dəfə Şarl Lekleri qabaqlayıb.

Karlos Sayns: “Bu gün zaman nəticəsi göstərmək çətin idi, ancaq bolidi artıq daha yaxşı hiss edirəm. Boliddə özüməinamım artıb. İmolaya nisbətən hər şey yaxşı idi. Daha yaxşı hisslər var idi.

Bu gün sıralanma turunda inkişaf etdiyimi hiss etdim. İmoladan sonra stilimi dəyişdim. Əylənmə və döngə girişləri üçün bir neçə dəyişiklik etdim və fərqli sazlanmakar sınadım. İndi isə təkmilləşdiyimi görürəm. Amma mövsüm davam edir. Yarışlar keçdikcə daha yaxşı hala gələcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*