Rəsmən: Karlos Sayns Amerikada Renault komandasında yarışacaq

Renault komandası bir az əvvəl rəsmən təsdiq edib ki, "ikitərəfli razılıq əsasında" Colion Palmerlə ayrılıb və ABŞ Qran Prisindən başlayaraq onu Karlos Sayns əvəz edəcək.

F-1.az xəbər vermişdi ki, Renault komandası ispaniyalı sürücü ilə müqavilə imzaladıqdan sonra, onu elə bu mövsüm sükan arxasına oturtmaq istəyir. Amma bunun üçün Colion Palmerə ödəniləcək təzminatın məbləği britaniyalı sürücünü qane etməmişdi. Lakin, deyəsən, tərəflər orta məxrəcə gələ biliblər.

Deyilənlərə görə, Toro Rosso komandasını son 4 yarışda Pyer Qasli və Daniil Kvyat təmsil edəcəklər..

Siril Abitebul: “Mən Coliona komandaya sadiqliyinə görə və peşəkarlığına görə təşəkkür etmək istəyirəm. Renault Formula1-ə qayıtdıqdan sonra Colion daim inkişaf etmişdi, özünü yaxşı tərəfdən göstərmişdi. Biz ona gələcək karyerasında uğurlar diləyirik”.

Colion Palmer: “Sabah Renault ilə sonuncu dəfə yarışacam. Bu il asan mövsüm olmadı, son 3 ildə bir çox çətinlikləri birlikdə dəf etdik, ümumilikdə komanda ilə əməkdaşlıq çox maraqlı idi. Komandada hər bir kəsə təşəkkür edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*