19 Oktyabr 2019, Şənbə - 01:46

M.Ferstappen: “Onsuz da, müqavilədəki maddəyə görə, 2017-ci ildə Red Bull-a keçəcəkdim”

M.Ferstappen: “Onsuz da, müqavilədəki maddəyə görə, 2017-ci ildə Red Bull-a keçəcəkdim”

Müəllif: Rauf Hacıyev, redaktor

20:22 - 10 May, 2016

Maks Ferstappen Televiziya verilişində bildirib ki, onun 2017-ci ildə Red Bull-a keçəcəyi ilə bağlı müqaviləsi var imiş…

F-1.az xatırladır ki, hollandiyalı sürücü Kvyatın Rusiya yarışındakı insidentlərindən sonra Red Bull-a transfer olmuşdu. Belə söz-söhbətlər var idi ki, Ferstappen əgər 2017-ci ildə Red Bull-a transfer olunmasa, müqavilədəki bir maddəyə görə sərbəst agent statusu almalı idi.

Ferstappen Red Bull-a keçidi üçün “Qətiliklə deyə bilərəm ki, hədəfim ora idi”. Daha sonra jurnalistlərin “bu barədə bir maddə var idi?” sualına isə Ferstappen “Bəli” cavabını verib.

Ferstappen bildirib ki, qısa müddətdə onun üzərində heç bir təzyiq olmayacaq. Hollandiyalı bildirib ki, o, bu il Rikkardoya qarşı təcrübə qazanmaq üçün yarışacaq: “Təbii ki, komanda yoldaşınızla müqayisə olunacaqsınız. Mən düşünürəm ki, özümü növbəti ilə hazırlamaq üçün əla fürsətdir”.

Ferstappen Red Bull komandasına öz komandasından heç kəsi aparmayacaq. Xatırladaq ki. Ferstappen Toro Rosso-dan ayrıldıqdan sonra onun mühəndisi Xevi Puxolar da komandadan ayrılıb. Hollandiyalı sürücü bu barədə danışıb: “Bizim yaxşı münasibətimiz var idi və bu uğur qazanmaq üçün vacibdir. Digər tərəfdən isə, Red Bull-da da güclü mühəndislər var və bu səviyyəyə pis mühəndislərlə gəlmək mümkün deyil.

Bir tərəfdən heyif oldu, amma digər tərəfdən yeni insanlarla yeni macəralar yaşamaq çox gözəl hissdir. Çünki adaptasiya olmaq üçün öyrənməlisiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 438
Teqlər , , , ,
Paylaş

logo