M.Ferstappen Honda-dan narazıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen Honda-dan şikayətçidir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il Azərbaycan, Avstriya və Belçika yarışlarında startda problem yaşayaraq, geri düşüb.

Maks Ferstappen: “Bu il sürüşməyə nəzarət edə bilmirik. Hər mühərrikdə fərqli nəticələr ortaya çıxır. Bunun düzəlib-düzəlməyəcəyi isə müəmmalıdır. Lakin nəyin üzərində işləyəcəyimizi bilirik. Keçən il biz ən yaxşı start alan komanda idik. Buna görə də start almağı unutmamışıq. Honda hazırda bu problemləri həll etməyə çalışır. İnkişaf üçün vaxt lazımdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*