M.Ferstappen: Alonso əsl döyüşçüdür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Fernando Alonso əzmkar sürücüdür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il – 39 yaşında – Renault ilə idmana qayıdacaq.

Maks Ferstappen: “Yaxşı start və ya ilk dövrədə yaxşı ötmələr edərək, zəif maşınla əla nəticələr qazanmasına həmişə heyran qalmışam. O, əsl döyüşçüdür və onunla komanda yoldaşı olmaq çox çətindir. Ancaq qalib gəlməkçün var qüvvənizlə mübarizə aparmalısınız və Fernando bunu bacarır.

Alonso ilə bir neçə dəfə söhbət etmişəm. Çox əyləncəli adamdır. Heyif ki, onunla real mübarizəyə girə bilməmişəm. O, mənim favoritlərimdən biridir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*