M.Ferstappen Meksikada qələbə gözləmir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Meksikada qələbə mümkün görünmür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son iki ildə Meksikada qalib gəlib. Buna görə də əksəriyyət yenə də Red Bull-u Rodriqes Qardaşları trasında favorit sayır. Amma mövsümün ikinci yarısında zəif performans göstərən Maks qələbənin çətin olacağını düşünür: “Realist olmalıyıq. Təbii ki, son iki ildə burada güclü idik. Ancaq bu il bolidin balansı ilə bağlı problemlər yaşayırıq. Buna görə də qələbə qazanacağımlzı düşünmürəm. Ferrari varkən bu, mümkün deyil. Podium belə gözəl nəticə olar. Sonrakı yarışlarda da yaxşı nəticə gözləmirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*