D.Rikkardo: “Stadion hissəsini sevirəm”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Rodriges qardaşları adına tras çox texniki trasdır və orada yarışmaqdan həzz alır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü keçən il Meksikada 3-cü olaraq podiuma yüksəlmişdi.

Daniel Rikkardo: “Keçən il burada qarışıq yarışdan sonra 3-cü olmuşduq. Bizim üçün xoş sürpriz idi. Keçənilki yarış ilk yarışa nisbətən daha əyləncəli idi. Birinci il tras çox sürüşkən idi. Sonra daha yaxşı vəziyyətə gəldi. Bu il asfaltla ilişmə daha yaxşı olacaq. Stadion hissəsi çox yavaş olmasına baxmayaraq, texniki yerdir. Buna görə də oradan keçməkdən həzz alıram. Bundan başqa özümü fanlara yaxın hiss edirəm. Ümid edirəm ki, problemsiz yarış olar. Podiuma yüksəlmək bizim üçün real hədəf ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*