İspaniya yarışı fərqli olacaq

Renault komandasının sürücüsü Daniel Rikkardo İspaniya trası bütün sürücülərə çox yaxından tanışdır.

F-1.az xatırladır ki, avstraliyalı sürücü bu mövsüm 20 xal toplayıb. Son yarışda yerində fırlandığı üçün xalsız qalan Daniel İspaniyada yenidən xal zonasına qayıtmaq istəyir: “Bu tras hamıya daha yaxından tanışdır, çünki burada mövsümöncəsi və mövsümiçi testlər edirik. Amma bu yarış fərqli olacaq, çünki fevralda hava soyuq idi. Ümumilikdə isə İspaniya yarışı həmişə mayda olurdu və bu dəfə buraya avqustda gəlmişik. Qış testlərində güclü idik, amma o gündən sonra bolid çox dəyişib və trasda fərqi görmək istəyirəm.

Son iki yarışdan 24 xal toplamışıq və bu, yaxşıdır. Keçən həftə sıralanma turunda güclü olsaq da, yarışda fürsəti əldən verdik. İki pit-stoplu steategiyanı yaxşı tətbiq etmədik və bizim üçün çətin oldu. O yarışda xalsız qaldığım üçün məyusam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*