11 Dekabr 2018, Çərşənbə axşamı - 17:29

K.Horner Rikkardonun qalmasını istəyir

K.Horner Rikkardonun qalmasını istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

19:11 - 16 Aprel, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Daniel Rikkardo peletondakı ən güclü sürücülərdəndir və onun komandada qalmasını istəyir.

F-1.az xatırladır ki, avstraliyalı sürücü təhlükəsizlik maşını rejimində Soft təkərlərə keçdikdən sonra mükəmməl performans göstərərək 6-cı yerdən 1-ci yerə yüksəlib.

Nəzərinizə çatdırırıq ki, 28 yaşlı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq.

Kristian Horner: “Daniel hərtərəfli sürücüdür və hər şəraitdə güclü olduğunu göstərdi. Hazırda karyerasının ən yaxşı dövründədir və təcrübəsini sürətə çevirə bilir. Ötmə cəhətdən də hazırda ən güclüdür. Öndəki rəqibini çox yaxşı sezərək, özünə boşluq yarada bilir. Belə sürücü ilə işlədiyimiz üçün xoşbəxtik. Ümid edirəm ki, danışıqlar uğurlu gedər və Red Bull-da yarışmağa davam edər. Güclü bolidi olsa, nəyə qadir olduğuni bilirik. Məqsədimiz güclü bolid hazırlayaraq gözəl mövsüm keçirməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 117
Teqlər , , , ,
Paylaş

logo