P.di Resta: Rikkardo riskli seçimdir

Sabiq Formula1 sürücüsü Pol di Resta düşünür ki, Daniel Rikkardonu seçmək Alpine üçün riskli olar.

F-1.az xatırladır ki, Daniel Rikkardo ilin sonunda McLaren-dən ayrılacaq. Onunla Haas və Alpine komandaları yaxından maraqlanır.

Pol di Resta: “Hazırda Rikkardonun performansına baxsaq, o, Alpine üçün böyük risk ola bilər. Bir neçə yarış əvvəl olsaydı, ona 2023-cü il üçün şans verərdim. Hazırda Alpine üçün ən məntiqli seçim Qaslidir. Düzdür, Red Bull-da yaxşı mövsüm keçirmədi, amma performansı ciddi dərəcədə düşməyib.

Danielə ən çox zərər verən onun menecerləri oldu. Düzgün qərarlar vermədi. O, artıq üç il əvvəlki sürücü deyil. Ümid edirəm düzələr, yoxsa heç şansı olmayacaq.

Bir il fasilə verib qayıda bilər. Daniel fasilə vermək üçün çox güclü olsa da, hazırkı performansı pisdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*