V.Bottas: Startda şansım olacaq

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, poulu son anda itirdiyi üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü İspaniyadakı sıralanma turunda son cəhdində ilk iki sektorda komanda yoldaşı Həmiltonu qabaqlasa da, son sektorda səhv edərək, ikinci yerlə razılaşıb.

Valtteri Bottas: “Bilirdim ki, Lyuislə yaxın olacağıq. O, ilk cəhdində yaxşı dövrə vurdu. Xüsusən də, son sektorda çox güclü idi. Mən isə gün ərzində üçüncü sektorda çox itirdim. Əsəblərim pozulsa da, Həmilton əla işlədi. Yenə də ilk cərgədəyik. Startda yaxşı fürsətim olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*