R.Merhi: “Həmiltonu yalnız Alonso məğlub edə bilər”

Sabiq Formula1 sürücüsü Roberto Merhi hesab edir ki, Lyuis Həmiltonun yeni komanda yoldaşını çətin bir mövsüm gözləyir.

F-1.az xatırladır ki, Rosberqin gözlənilməz təqaüd qərarından sonra onu Bottasın əvəzləməsi gözlənilir. Manor komandasının sabiq sürücüsü Merhi finlandiyalının bu cür şansa sahib olduğu üçün xoşbəxt olduğunu deyib: “Əlbəttə, artıq çempion olmaq üçün Həmiltonu məğlub etmək kifayətdir. Məni McLaren-ə transfer etsəydilər, əsas məqsədim Alonsonu məğlub etmək olardı. Orada olmaqdan həzz alardım, amma rəqibləri məğlub etmək daha çox həzz verir.

Mercedes-də hamı Həmiltonu məğlub etməlidir, amma bu, demək olar ki, mümkünsüzdür. Rosberq bunu 4-cü mövsümündə edə bildi, çünki hər şeyin daha mükəmməl və güvənli olması üçün vaxta ehtiyacı var idi. Batton Həmiltonu komanda yoldaşının ən pis vaxtında keçdi. Amma hazırda peletondakı sürücülərdən yalnız Alonso Həmiltonu məğlub edə bilər.

Niko bunu bacardı və bəxtinin gətirdiyini deyə bilmərəm, amma işlər onun istədiyi kimi getdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*