M.Ferstappen: Yaxşı başladıq

Red Bull komandasının sürücüsü Maks Ferstappen testlərin ilk günündən razı qalıb.

F-1.az xatırladır ki, niderlandlı sürücü testlərin ilk günündə 147 dövrə vurub və C2 təkərlərlə 1.22.246 zaman nəticəsi göstərərək, 9-cu olub. Gənc sürücü sessiyanın ortasında çınqıllı sahəyə çıxıb və boksa qayıtmalı olub.

Maks Ferstappen: “İlk gün əsas məqsədimiz çox dövrə vurmaq, bolidə öyrəşmək və bolidin davranışlarını öyrənmək idi. Buna görə də hər şey qaydasındadır. Bu bolid çox fərqlidir. Ümid edirik ki, sürətli olar.

Bəzən tras xaricinə çıxa bilərsiniz. Təkərlər bloka düşür. Bolidin balansını və son həddini yavaş-yavaş öyrənirik. Əsas məqsədimiz bolidi çox sürmək və çox dövrə vurmaqdır. Biz də elə etdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*