R.Şumaxer: Peres eqoistlik edir

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer düşünür ki, Peres çox eqoist davranır.

F-1.az xatlrladır ki, Red Bull komandası bu il dörd yarışda da qalib gəlib. Bunlardan ikisini Peres, ikisini isə Ferstappen qazanıb. Hazırfa iki sürücü arasındakı xal fərqi isə 6-dır.

Ralf Şumaxer: “Komandadaxili münasibətləri saxlamaq asan deyil. Ferstappenin əhatəsi istəyir ki, Peresi başqa sürücü ilə əvəz etsinlər. Mənə hər yerdən belə dedi-qodular gəlir.

Məncə, Peres bu problemlərin fərqindədir və anlayır ki, Red Bull-dakı son dövrləridir. İndi qələbə üçün mübarizə aparır və birinci pilot rolunu tələb edir. Çempionluq uğrunda mübarizəyə qoşulmaq istəyir.

Ancaq həmişə belə olub. Komanda yoldaşınız əsas rəqibinizdir. Bəs hadisələr necə cərəyan edəcək? Komandadaxili münasibətlər həmişə dəyişə bilər. Yəni ki, Serxio getdikcə daha eqoist davranır və Maks bundan şikayətçi olmamalıdır. Çünki eqoistliyin nə olduğunu bilir. Ferstappen vaxtında bu işi yaxşı gördü və boş yerə birinci sürücü olmayıb. İndi öz yerini qorumağa çalışacaq. Belə sürücünün komanda yoldaşı olmaq asan deyil. Şəxsən mən onunla eyni komandada yarışmaq istəməzdim”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*