M.Ferstappen: “Mercedes-lə hamı çempion olar”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Mercedes-lə istənilən sürücü çempion olar.

F-1.az xatırladır ki, Mercedes komandası son 6 ildə hər iki cəbhədə də bütün titulları qazanıb. Maks Ferstappenin ən yaxşı nəticəsi isə builki üçüncülükdür.

Maks Ferstappen: “Lando Norris çempion ola bilər, amma hazırda hər şey sürdüyünüz boliddən asılıdır. Əgər peletonun 60 faizi hazırda Mercedes-də çempion olar. Bolid hazırda çox vacib amildir.

Lyuis Həmilton çox güclü sürücüdür. Bütün dövrlərin ən yaxşılarından biridir. Sadəcə bolidi çox güclüdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*