S.Peres: Çox işlədik

Red Bull komandasının sürücüsü Serxio Peres bildirib ki, bolid üzərində çox işləyərək sıralanma turunda yaxşı nəticə qazanıblar.

F-1.az xatırladır ki, meksikalı sürücü Avstriyadakı sıralanma turunda bu dəfə daha yaxşı nəticə göstərərək, 3-cü olub.

Serxio Peres: “Bu həftəsonu balansı tapmağa və bolidi tanımağa çalışdıq. Asan deyildi. Çox işlədik, özü də düşündüyünüzdən də çox. Lakin axırda yaxşı dövrə vura bildik. Yarışa gözəl yerdən başlayacağıq. Bolidimiz yarış tempində sıralanma tempinə nisbətən güclüdür”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*