Peres yağış istəmir

Red Bull komandasının sürücüsü Serxio Peres ümid edir ki, yağış yağmayacaq.

F-1.az xatırladır ki, Kanadada cümə günü texniki problemlərə və qırmızı bayraqlara görə çətin keçib. Buna görə sürücülər istədikləri kimi dövrələr vura bilməyiblər. Serxio Peres ikinci sessiyada 29 dövrə vurub və səkkizinci olub.

Serxio Peres: “Birinci sərbəst yürüşlərdə heç nə edə bilmədiyimiz üçün məyusam. Məncə, o sessiyaya ehtiyacımız var idi. İkinci sərbəst yürüşlərdə isə hava şəraiti pisləşdi. Buna görə məyusam. Ancaq təməlimiz yaxşıdır. Sadəcə maşınla bir az da oynamalıyıq.

Cümə günü bir az tələsməli olduq. Buna görə öyrənməli çox şeyimiz var. Mercedes yaxşı görünür, amma bizim üçün əsas inkişaf etməkdir. Görək şənbə günü nə olur. Havaya görə maraqlı həftəsonu olacaq. Hava tez qaralır və trası görmək çətinləşir. Belə hallarda sürmək çox çətindir. Ümid edirəm ki, sıralanma turunda yağış yağmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*