Kanada-2017: Üçüncü stüard – Derek Deli

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Monrealda baş tutacaq Kanada Qran Prisində stüardlara Derek Deli kömək edəcək.

Derek Deli 1978-1982-ci illərdə Formula1 üzrə dünya çempionatında 64 Qran Pridə çıxış edərək 48 yarışda start alıb, ən yaxşı nəticəsini isə 1980-ci ildə Argentina Qran Prisində dördüncü yeri tutmaqla əldə edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, bu həftəsonu Bakıda baş verəcək mübahisəli insidentləri Derek Deli ilə birlikdə FİA institutunun prezident müavini Qarri Konelli və FİA-nın vitse-prezidenti Xose Abed araşdıracaqlar.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*