Kanada-2018: Yarışa hava proqnozu

Cümə və şənbə günlərində sürücülər quru havada işləyiblər. Bazar gününə də yağış vəd edilmir, lakin gündüz hava bir qədər sərin olacaq.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 14:10-da yollanmalıdırlar, bu zaman hava bir qədər buludlu olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Temperatur +19 dərəcəyə çatacaq. Yarışın yağıntısız keçəcəyi gözlənilir.

, ,