Ata Stroll Monrealda ikiqat podium sevinci gözləyir

Bu mövsüm Fernando Alonso beş dəfə podiuma yüksəlib, komanda yoldaşı Ləns Stroll üçün isə Melburndakı dördüncülük hələ ki, ən yaxşı nəticədir.

F-1.az xəbər verir ki, Aston Martin komandasının sahibi Lourens Stroll ümid edir ki, onun hər iki sürücüsü doğma Kanada Qran Prisində podiuma çıxacaq.

Lourens Stroll: “Bu, bizim planlarımızdandır – ümid edirəm ki, hər iki pilotumuz podiuma yüksələcək. Mən bu nəticəyə çox əminəm, çünki inanıram ki, bizim bolidimiz öz xüsusiyyətlərinə uyğun gələn Monreal trasında sürətli olacaq. Buna görə də mən ev mərhələsini – bu möhtəşəm yarışı səbirsizliklə gözləyirəm.

Komandanın bu yarışa hazırladığı yeniliklərə əminəm. Barselonada Ləns altı və ya yeddi yarışdan sonra zədədən demək olar ki, sağaldığını göstərdi. İnanıram ki, mövsümün sonuna kimi hər iki idmançımız eyni səviyyədə olacaq”.

Fernando Alonsonun 2026-cı ildə komanda Honda motorlarına keçdikdə Aston Martin üçü sürə biləcəkmi sualına Lourens Stroll belə cavab verib: “Məncə, insanların çoxu heç vaxt Fernandonun indiki yerdə olacağını düşünmürdü. Onun 2026-cı ildəki perspektivləri haqqında danışmaq yəqin ki, tezdir, amma əsla heç vaxt deməyin”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*