L.Stroll: Startlar uğur gətirdi

Aston Martin komandasının sürücüsü Ləns Stroll Britaniyadakı performansından razı qalıb.

F-1.az xatırladır ki, kanadalı sürücü yarışı 8-ci yerdə bitirərərək, aktivinə 4 xal əlavə edib.

Ləns Stroll: “Həftəsonuna pis başalasaq da, hər şeyi xeyrimizə çevirə bildik. Səkkizinci oldum və 4 xal qazandım. Düzgün balansı tapmağa çalışdım və bu, komandanın yaxşı işləməsinin hesabına oldu.

Hər iki startda da yaxşı tərpənərək bir neçə yer qazandım. Bu, çox vacib idi. Hamı bənzər strateya ilə getdiyi üçün ötmə etmək çətin idi. Amma starlar hesabına yerlər qazandım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*