S.Fettel: Qərarla razı deyiləm

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel mavi bayraqlara görə cəza almasını qəbul etmir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Niderland yarışına gerilərdən başlayıb və üstəlik pit-stopda gecikdirilərək lap pis vəziyyətdə qalıb. Fettel pitdən çıxarkən, Həmiltonun yolunu kəsib və rəqibini bir az ləngidib. Buna görə də stüardlar mavi bayraqlara məhəl qoymadığı üçün Sebastyana 5 saniyə cəza veriblər.

Sebastyan Fettel: “Yarış tempimiz yox idi, amma bu qədər geridən başlamasaydıq, yaxşı nəticə qazana bilərdik. Öndəki rəqiblərimizi keçmək üçün yarışın əvvəlində pit-stop etdik. O nöqtədə ən düzgün qərar elə o idi. Bu strategiya işləyə bilərdi, amma pitimiz yavaş oldu. Pis vəziyyətə düşdük.

Mik ilə mübarizədən həzz alsam da, yarış ikimiz üçün də pis keçdi. Daha sonra isə Lyuis Həmiltonu ləngitdiyim üçün stüardlar mənə 5 saniyə cəza verdilər. Bunun mənim üçün fərqi olmadı. Çətin idi.

Mən Həmiltonun önündə yarım dövrə belə qalmadım. Onun önündən birdən tox ola bilməzdim. Bu qərarla razı olmasam da, artıq önəmi yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*