L.Stroll Montsada pozitiv əhvalda olacaq

Aston Martin komandasının sürücüsü Ləns Stroll Motsaya pozitiv əhvalla gəlib.

F-1.az xatırladır ki, kanadalı sürücü 2017-ci ildə İtaliyada ilk cərgədən start almış və bununla da ilk cərgədən start alan ən gənc sürücü statusunu qazanmışdı. Bundan başqa 2020-ci ildə də üçüncü yeri tutaraq podiuma yüksəlmişdi.

Ləns Stroll: “Montsa ilə bağlı gözəl xatirələrim var. 2017-ci ildə burada ilk cərgədən start almışdım və 2020-ci ildə podiuma yüksəlmişdim. Bu sürətli və çətin trası sevirəm. Aşağı asfaltayatma qüvvəsi tələb edən Spa və Bakıda güclü idik. Lakin xal qazanmaq çətin olacaq. Sıralanma turunda yaxşı yer tutmaq çox vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*