S.Fettel: Okon səhv eləmədi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel yarışı ikinci yerdə bitirsə də, məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü Macarıstan yarışına 10-cu yerdən başlasa da, startda -cü yerə qədər yüksələ bilib. Pitlərdən sonra ikinci yerə yüksələn dördqat Dünya Çempionu buna baxmayaraq, Okonu keçə bilməyib və ikinciliyə razı olub.

Sebastyan Fettel: Bir az məyusam, çünki yarışboyu tempim yaxşı idi. Ancaq Estaban bir səhv də eləmədi və ona yaxınlaşa bilmədim. O, qələbəyə layiq idi. İkinci yer də bizim üçün yaxşıdır, amma qələbəyə bu qədər yaxın ikən ikinci olmaq məyusedicidir.

İlk dövrədə çox insident oldu, amma mən sakit davrandım və düz yolumu gedərək ön pillələrə yüksəldim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*