Rusiya Qran Prisi: 19 oktyabr 2014-cü il

Soçidə keçiriləcək Rusiya Qran Prisinin təşkilatçıları elan ediblər ki, Qran Pri 2014-cü ilin təqvimində öz yerini alıb – tarixin ilk […]

Soçidə keçiriləcək Rusiya Qran Prisinin təşkilatçıları elan ediblər ki, Qran Pri 2014-cü ilin təqvimində öz yerini alıb – tarixin ilk rus yarışı oktyabrın 19-da baş tutacaq. Beləliklə, Rusiya Qran Prisinin cümə sərbəst yürüşlərinin startına 450 gün qalır…

Oleq Zabara, Formula1 yarışının Rusiyada təşkilatçısı “Omega” şirkətinin baş direktor müavini: “Biz bu elanı verməyə çox şadıq – Formula1-in beynəlxalq promouteri Formula One Management şirkəti Rusiya Qran Prisini gələn il təqvimin ilkin versiyasına daxil edib. Bu tarix bizim yarışın təşkili planlarına tam uyğun gəlir: trasın tikintisi qrafikə uyğun gedir, ilk rus yarışına hazırlıq bir dəqiqə belə dayanmır.

Formula1 yarışının keçirilməsi bu günlərdə əla kommersiya perspektivləri vəd edir, ölkənin cənubunda turizm mövsümünü uzatmaqla yerli və xairici turistlərin axını olacaq. Əminəm ki, Soçi bütün Formula1 həvəskarları üçün müasir və rahat “avtoidman evi”nə çevriləcək.”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*