Ş.Lekler: “Tərzimi dəyişməliyəm”

Ferrari komandasının sürücüsü Şarl Lekler aqressiv sürüş tərzinə görə təkərlərinin tez yeyildiyini deyib.

F-1.az xatırladır ki, monakolu sürücü Macarıstan Qran Prisinin sıralanma turunda Fetteli qabaqlasa da, yarışda komanda yoldaşından geridə qalıb.

Şarl Lekler
: “Sebə nisbətən təkərlərim daha çox yeyilir. Bu, mənim sürüş tərzimdən qaynaqlanır. Bəlkə də, daha aqressivəm. Növbəti yarışlarda bunu təkmilləşdirməliyəm. Növbəti yarışlarda bunu anlamalı və özümüzü təkmilləşdirməliyik.

Macarıstanda ilk pitə yaxın tempim düşmüşdü. İYarışın sonlarında da vəziyyətim ürəkaçan deyildi. Son yarışlarda sona yaxın problem yaşayıram. Tərzimi daha da yaxşılaşdırmalıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*