Almaniya-2018: Yarış

Hokkenhaym avtodromu Sebastyan Fettelin doğma şəhəri Heppenhayma çox yaxındır, lakin alman sürücü bu trasda qələbə qazana bilməyib. O, əsas rəqibi Lyuis Həmiltonu onun vətənində məğlub edərək Hokkenhayma çempionatda 8 xal üstünlüklə gəlib.

F-1.az bildirir ki, həftəsonu Red Bull-un liderliyi ilə başlayıb – ilk məşq sessiyasında Rikkardo, ikincidə isə Ferstappen protokollara başçılıq edib. Dünən baş tutan üçüncü məşqlərdə isə yağış sürücülərə işləməyə imkan verməyib. Bir çox sürücünün nəticə göstərə bilmədiyi sessiyada Lekler hamıdan sürətli olub.

Sıralanma turu da maraqlı mübarizəyə səhnə olub. Birinci sessiyada problem yaşayan Həmilton poul uğrunda mübarizəyə qoşula bilməyib. Fettel mövsümdə beşinci dəfə poul qazanıb. Bottas ondan 0.2 saniyə geri qalaraq yarışa ilk cərgədən başlamağa haqq qazanıb. İkinci cərgəni Rəykkönen və Ferstappen, üçüncü cərgəni isə Haas sürücüləri tutublar.

Pirelli bura mövsümdə ilk dəfə Medium, Soft və SuperSoft üçlüyünü gətirib. Medium tərkiblə çox böyük məsafə qət etmək mümkün olsa da, sürət fərqi də az olmayıb. Buna görə də komandalar elə məşqlərdən digər iki tərkibə üstünlük veriblər. Alonso, Sirotkin, Eriksson, Həmilton, Hartli, Stroll, Vandorn və Qasli Soft, Rikkardo Medium, digər sürücülər isə UltraSoft təkərlərlə start alıblar.

Startda heç nə baş verməyib, Fettel liderliyini qoruyub, Hülkenberq Qrojanı, Həmilton isə Sirotkini keçib. 2-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Maqnussen – Hülkenberq – Qrojan – Peres – Sayns – Lekler.

Həmilton artıq dördüncü dövrədə Lekleri üstələyərək ilk onluğa yüksəlib. Rikkardo isə 4 mövqe qazanaraq 16-cı yerə çatıb. Lyuis 11-ci dövrəyə qədər Qrojan, Peres və Hülkenberqi də keçib. Üç dövrə sonra isə Maqnussenlə mübarizədən qalib ayrılaraq beşinci olub. Rəykkönen 15-ci dövrədə pit-stop edərək trasa Lyuisin düz qarşısında qayıdıb və yeni təkərlərlə ondan dərhal uzaqlaşıb.

Rikkardo Alonso və Lekleri qabaqlayıb. Hülkenberq 18-ci dövrədə təkərlərini dəyişib. 21-ci dövrədə Maqnussen, Sayns və Lekler, 22-ci dövrədə Qrojan, 23-cü dövrədə Peres pit-stop ediblər. Fettel 26-cı dövrədə pit yoluna çağrılıb və trasa Rəykkönenin arxasında qayıdıb. Okon 27-ci, Bottas isə 29-cu dövrədə pit-stop dalğasına qoşulub.

Rikkardo 29-cu dövrədə maşın güc itirdiyi üçün 11-ci döngədə təhlükəsizlik zonasında dayanıb. Həmin dövrədə komanda yoldaşı Ferstappen də təkərlərini dəyişib.

Fettel Rəykkönenina arxasında bir neçə dəfə əyləcə sərt basaraq təkərlərini bloka salıb, lakin hücum edə bilməyib. Mühəndis Kimiyə bir neçə dəfə daha köhnə təkərlərdə olduğunu bildirib. Finlandiyalı sürücü komanda yoldaşını önə buraxıb. Həmilton 43-cü dövrədə pit-stop edib və trasa beşinci yerdə qayıdıb. 43-cü dövrədə ilk onluq: Fettel – Rəykkönen – Bottas – Ferstappen – Həmilton – Maqnussen – Hülkenberq – Qrojan – Peres – Sayns.

44-cü dövrədə trasın bir hissəsinə yağış yağmağa başlayıb. Lekler və Alonso dərhal pit-stop ediblər və onların maşınlarına keçid təkərləri taxılıb. Üç dövrə sonra Ferstappen də eyni addımı atıb. Lakin trasın böyük hissəsi quru olduğundan, bu təkərlər çox böyük vaxt itkisinə səbəb olub və Lekler yenidən slikləra qayıdıb. Yağış təkəri ilə trasa çıxan Qasli, ardınca isə Alonso və Ferstappen də sliklərə keçməyə məcbur olublar. 50-ci dövrədə ilk onluq: Fettel – Rəykkönen –  Bottas – Həmilton – Ferstappen – Hülkenberq – Peres – Qrojan – Maqnussen – Sayns.

51-ci dövrədə Bottas ikinci yer uğrunda mübarizədə Rəykköneni üstələyib. Yağış bir qədər güclənib, Sayns və Stroll keçid təkərləri üçün pit-stop ediblər. Növbəti dövrədə Fettel 13-cü döngədə trasdan çıxıb və baryerlərə çırpılıb. Təhlükəsizlik maşını trasa çıxıb. Bottas, Qrojan, Hülkenberq və Maqnussen dərhal təkərlərini dəyişiblər. Rəykkönen isə bir dövrə sonra pit-stopa çağrılıb.

54-cü dövrədə Sirotkin yağ sızmasına görə, 55-ci dövrədə isə komanda yoldaşı Stroll əyləc probleminə görə mübarizəni dayandırıblar. TM arxasında ilk onluq: Həmilton – Bottas – Rəykkönen – Ferstappen – Hülkenberq – Peres – Okon – Eriksson – Qrojan – Sayns.

Sayns TM arxasında hücum etdiyi üçün 10 saniyə cəzalandırılıb. Restart 57-ci dövrədə verilib, Bottas komanda yoldaşını keçərək liderliyə yüksəlsə də, Lyuis dərhal yerini qaytara bilib. Bir neçə döngədən sonra komanda ondan sürətini bir qədər azaltmağı xahiş edib. Okon 62-ci dövrədə Eriksson və Qrojanı keçərək 7-ci yerə yüksəlib. Alonso 66-cı dövrədə boksa yönəlib və yarış onun üçün bir dövrə tez başa çatıb.

Lyuis Həmilton mövsümdə 4-cü, karyerasında 66-cı qələbəsini əldə edib. Bottas ikinci olaraq komandasına mövsümdə ikinci dublunu qazandırıb. Rəykkönen isə podiumun son pilləsində qərarlaşıb. Həmilton yenidən çempionatda liderliyə yüksəlib. Mercedes isə Mühəndislər Kubokunda liderliyi Ferrari-dən alıb.

Mübarizə gələn həftə Macarıstanda davam edəcək, ardınca çempionatın iştirikaçıları bir aylıq yay fasiləsinə yollanacaqlar.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:32:29.845 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:04.535 2
3 7 Kimi Rəykkönen Ferrari + 0:06.732 2
4 33 Maks Ferstappen Red Bull + 0:07.654 3
5 27 Niko Hülkenberq Renault + 0:26.609 3
6 8 Roman Qrojan Haas + 0:28.871 3
7 11 Serxio Peres Force İndia + 0:30.556 1
8 31 Esteban Okon Force İndia + 0:31.750 1
9 9 Markus Eriksson Sauber + 0:32.362 1
10 28 Brendon Hartli Toro Rosso + 0:34.197 2
11 20 Kevin Maqnussen Haas + 0:34.919 3
12 55 Karlis Sayns* Renault + 0:43.069 3
13 2 Stoffel Vandorn McLaren + 0:46.617 2
14 10 Pyer Qasli Toro Rosso +1 dövrə 2
15 16 Şarl Lekler Sauber +1 dövrə 3
16 14 Fernando Alonso McLaren +2 dövrə 3

* – Sarı bayraqlar altında hücum etdiyi üçün nəticəsinə 10 saniyə əlavə olunub.

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:15.545 (66-cı dövrə, 217.968 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Ləns Stroll Williams 55 əyləc
Sergey Sirotkin Williams 54 yağ sızıntısı
Sebastyan Fettel Ferrari 52 qəza
Daniel Rikkardo Red Bull 29 güc qurğusu

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 188
2 5 Sebastyan Fettel Scuderia Ferrari 171
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 131
4 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 122
5 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 106
6 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 105
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 52
8 14 Fernando Alonso McLaren F1 Team 40
9 20 Kevin Maqnussen Haas F1 Team 39
10 11 Serxio Peres Sahara Force İndia F1 Team 30
11 31 Esteban Okon Sahara Force İndia F1 Team 29
12 55 Karlos Sayns Renault Sport Formula 1 Team 28
13 8 Roman Qrojan Haas F1 Team 20
14 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 18
15 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 13
16 2 Stoffel Vandorn McLaren F1 Team 8
17 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 5
18 18 Ləns Stroll Williams Martini Racing 4
19 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 2

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 310
2 Scuderia Ferrari Ferrari 302
3 Aston Martin Red Bull Racing Renault 211
4 Renault Sport Formula 1 Team Renault 80
5 Sahara Force İndia F1 Team Mercedes 59
6 Haas F1 Team Ferrari 59
7 McLaren F1 Team Renault 48
8 Red Bull Toro Rosso Honda Honda 20
9 Alfa Romeo Sauber F1 Team Ferrari 18
10 Williams Martini Racing Mercedes 4
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*